Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu bayraq burada əbədi dalğalanacaq, biz azərbaycanlılar öz dədə-baba torpaqlarında bundan sonra əbədi yaşayacağıq.”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi hər bir söz, bizim üçün fəaliyyət, gələcək hədəflər strategiyası, iş planı deməkdir. Bu gün dövlətin güc mənbəyini təşkil edən, ümumxalq dəstəyi Vətən Müharibəsinə zəfərin əsas simvolu idi. Post müharibə reallıqlarının həyata keçirilməsində, milli birliyimizin təməlində duran əlahitdə faktordur.
Ölkə başçısının işğaldan azad edilən səfəri 4 ay öncə qalibiyyətlə Vətən Müharibəsinin rəsmiləşdirilməsi baxımından da önəmli hadisə kimi qiymətləndirilməlidir.
Erməni vandallarının vəhşiliklərinə baxmayaraq, Azərbaycanda törədilən dağıntıları tezliklə aradan qaldırmaq, Qarabağ bölgəsini iqtisadi proseslərin aktiv subyektinə çevirmək niyyətindədir. Düşmənin bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etməklə tarixi irsimizi silmək cəhdləri həyata keçmədi. Bundan sonrada, vandal etnosunun bu istiqamətdə atacağı hər hansı atdımı ona baha başa gələcəkdir. Çünki, Qəhrəman Azərbaycan xalqı öz doğma torpaqlarına həmişəlik qayıdıb və bu reallığı heç kim dəyişdirə bilməz.
İşğaldan azad edilən ərazilərlə bağlı mənzərə Erməni qəsbkarlarını hələdə müdafiə etməyə çalışan, dairələr üçün bir növ düşüncə problemi olmalıdır. Onlar kimə himayədarlıq edirlər?!
Düşmən dünya ictimaiyyətini aldatmağa çalışır ki, bütün dağıntılar Birinci Qarabağ Müharibəsi dövründə, hərbi əməliyyatlar gedən zaman baş verib. Amma bu, kökündən yanlışdır. 
Qısa müddət ərzində bu gün, xarici jurnalistlər və siyasət adamlarının müşahidə etdiyi xarabalıqları yaratmaq, vandalizm törətmək, 7 şəhəri demək olar ki, yer üzündən silmək, sadəcə olaraq, mümkün deyil. Bu isə o deməkdir ki, ötən 30 il ərzində düşmən planlı şəkildə hissə-hissə bizə məxsus olan tikililəri yox etməyə çalışıb. Məqsəd azərbaycanlıların, həmin ərazilərə geri qayıtmasının qarşısını almaq olub. Amma, alınmadı.
“Böyük Ermənistan” dar düşüncəsi ilə qurulan planlar, cəmi 44 gün ərzində böyük amal uğurunda çarpışan Azərbaycan əsgərinin ayaqları altına atıldı.
Azərbaycanın  humanist addımlarını dünya mediası da diqqətdən kənarda saxlamadı və Azərbaycanın yalnız hərbi baxımdan üstün olmadığını, eyni zamanda humanizm müstəvisində də ön sırada getdiyini vurğuladı.
 Səfər zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin icrasına başlanılmasının anonsunu da verdi: “Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq”.
Müxtəlif dinlərə hörmətlə yanaşan Azərbaycan dünyaya nümunədir.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində təkcə ölkədə yeni məscidlər inşa etməyib, həm də bu torpaqlarda yüz illiklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib. Azərbaycanın birinci xanımının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu layihə çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər istifadəyə verilib. Eyni zamanda, layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib və s. 
 Ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət Müşavirinin Xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun yaradılması dövlət başçısının azərbaycançılıq ideologiyasının inkişafını, milli-mənəvi dəyərlərin qorunmasını, dözümlülük siyasətimizin təbliğini daim diqqət mərkəzində saxladığının göstəricisidir. Bu işlərin ən zirvə nöqtəsi və ölkədəki müxtəlif mədəniyyətlər, dinlər, məzhəblər arasındakı dözümlülük ənənəsinə dövlətin verdiyi dəstək 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam idi. Bu sərəncamdan irəli gələrək görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı dünyagörüşünə, intellektual səviyyəsinə, bütövlükdə mentalitetinə görə həm tolerant, həm də multikultural xalqdır. Əslində, multikulturalizm termini bu gün istifadə edilsə də, tarixən Azərbaycan cəmiyyətinin multikultural olması faktı ortadadır. Ölkəmiz əsrlər boyu müxtəlif dinlərin, xalqların, etnosların birliyini təcəssüm edib. Bu baxımdan da bu gün Azərbaycanın multikultural dəyərləri dünyaya bir nümunə kimi göstərilməkdədir. Hazırda Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var və bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində var gücümüzlə çalışmalıyıq. Prezident İlham Əliyev bu yaxınlarda ölkəmizdə keçirilmiş V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində dövlətimizin multikulturalizmə verdiyi əhəmiyyəti belə ifadə etmişdir: “Bizim tariximiz multikulturalizm əsasında qurulubdur. ...İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir”.
Mütləq qeyd etməliyik ki, vəhşi qəbilə təfəkkürünə, meyilli bir etnos bundan artıqına laiq deyil. Nəqədər dünyadakı ikili standartlara güvənsələrdə, bəzi müsəlman ölkələrinin onlara xoş münasibətinə ümid etsələrdə, reallıq dəyişməyəcək. Ermənistan məğlubiyyətin arxada qaldığını, Qarabağı qaytarmaq üçün yeni diskusiyyalara başlamağın vaxtı çatdığını, düşünməklə çox ciddi səhvlərə yol verir. Bu dəfə anti teror əməliyyatı, növbəti dəmir yumuruq hazırda bəzi erməni politoloqlarının açıq şəkildə etiraf etdiyi kimi, Ermənistan dövlətinin çöküşü ilə nəticələnəcək.
Cənab prezident səfər zamanı: Tuğ kəndindən çıxdıq, indi gedirik Azıx kəndinə. Azıx da qədim Azərbaycan kəndidir, qədim yaşayış yeridir. Buraların təbiəti də çox gözəldir.
Azıx kəndinə yaxınlaşırıq. Qarabağın gözəl mənzərəsi. Bura Azıx kəndinin ərazisidir. 
Azıx mağarasına gedirik, hələ yolumuz uzaqdır. 
Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik, fiziki formamızı göstərmişik. İndi girəcəyik Azıx mağarasının içinə. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycana məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.
Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarlar tədqiqatlar aparacaqlar.
Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi, bax, oradadır. Bax, buardan daha yaxşı çəkmək olar. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az