Qalib ölkənin - Qalib Prezidenti
2020-12-24
On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Bu 17 ildə cənab Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.
Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin bu gün doğum günüdür. Cənab Prezidentimizə möhkəm cansağlığı, səadət dolu günlər və gələcək fəaliyyətində müstəqil Azərbaycanımızın və Azərbaycan xalqının rifahı naminə atacağı hər bir addımda uğurlar arzu edirik.
Qoy Azərbaycan xalqının həmrəyliyi və müstəqilliyi əbədi olsun. Vətənimizdə həmişə sülh və əmin-amanlıq, firavanlıq hökm sürsün. Uca Tanrı Cənab Ali Baş Komandanımızı, Müzəffər Azərbaycan Ordusunu və doğma Azərbaycanımızı qorusun!