Şamaxı İncəsənət Təhsili Mərkəzində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başcısı Tahir Məmmədov çıxış edərək mərkəzin müəllim və şagird kollektivini, Vətən müharibəsi şəhidləri və əlillərinin övladlarını, eləcə də tədbirdə iştirak edən uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.
Tədbirin sonunda uşaqlara bayram sovqatı təqdim olunub.