Prezident seçkiləri Azərbaycanı yeni hədəflərə daha da yaxınlaşdıracaq


Prezident seçkiləri Azərbaycanı yeni hədəflərə daha da yaxınlaşdıracaq

Prezident İlham Əliyevin dekabrın 7-də tarixi Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Qeyd edək ki, ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il aprelin 18-də Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bildirdi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur: "Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".
Dövlət başçısı nitqinin sonunda vurğuladı: "Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik".
Xalqımız bundan əvvəl Prezident seçkilərinin növbədənkənar keçirilməsinin şahidi olmuşdu. 2018-ci ildə Prezident seçkiləri uğurla başa çatdı. Eyni zamanda, 2020-ci ildə parlament seçkiləri növbədənkənar keçirildi. 2018-ci il aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərdə Cənab İlham Əliyevin ümumxalq sesverməsində 86,03 faiz səs qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımız bu düzgün seçimi bugünkü qələbə tarixinin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 20 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalına son qoydu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ona göstərilən bu etimada görə xalqa ünvanladığı müraciətində demişdir: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımızın əsas şərtidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik".
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bundan sonra dünya artıq azərbaycanlının, onun liderinin sözünü dinləməyə məcbur oldu. Öz haqq yolunda nəhəng dövlətlərinin liderlərinin anti-Azərbaycan cəhdlərinin, danışıqlarının, suallarının və davranışlarının qarşısında dik və məğrur dayanan cənab Prezident İlham Əliyev bu gün dünya liderləri tablosunda özünəməxsus bir yerə sahibdir. Daima milli maraqları ön planda tutan İlham Əliyev Qarabağ məsələsndə sərgilədiyi peşakarlıq və prinsipial, dönməz mövqeyindən doğan cəsarətlə atdığı hər addımda daima uğur əldə etmişdir. Bu gün xalq onun arxasında vahid şəkildə birləşib. Bu gün onun ədalət prinsiplərinin, haqq səsinin ardınca 50 milyona yaxın bir kütlə addımalyır. Vətən Müharibəsi bunu bütün dünyaya göstərdi. Ədalət səsimizi qısmağa, haqqımız olanı almamızı yubatmağa çalışan bütün dünya təşkilatlarına rəğmən savaş qərarı verə bilmə iradəsinə və cəsarətinə sahib olan lider müharibəyə məhz “Mən ata vəsiyyətini yerinə yetirdim” ifadəsi ilə nöqtə qoydu. Bu Cənab Prezident üçün bütün uğurlarını özündə ehtuva edən tale yüklü bir cümlə idi. Və hər birimiz o mükəmməl günü, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunma xəbərini verdiyi çıxışı xatırlayırıq. Dolmuş gözlərlə, titrəyən və qürur dolu səsi ilə xalqına 30 ilə yaxın atəşin duyğularla gözlədiyi xəbəri verməyin simasında yaratdığı ucalıq görüntüsü yəqin ki, heç bir azərbaycanlının xatirəsindən silinməz. Özünə miras olaraq vəzifəni, mövqeyi deyil də xalqın 30 illik arzusunun məsuliyyətini seçən bir Prezident təbii ki, lider adını haqq edən bir Prezidentdir.  Bu vətən hər zaman öz qəhramanlarının hesabına var olmuş və ayaqda qalmışdır. Qürurverici haldır ki, bu gün Azərbaycan xalqı öz Prezidenti, lideri ilə fəxr edir.
Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hissləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Onu da qeyd etmək lazımdır ki, bu seçkilərin keçirilməsi Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyin bariz göstəricisidir. Hər kəsin bərabərhüquqlu  formada seçkilərə qatılması üçün tam şərait yaradılıb. Ən qürurverici hal isə 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz dədə-baba torpaqlarında-Zəngilanda,Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Həmçinin bütöv Azərbaycan kimi keçirdiyimiz ilk seçki olacaq.
Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub.Nəticədə seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına  alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma isə ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az