Əzizə Cəfərzadə yaradıcılığında "Şirvan və Şirvanilər ” adlı elmi-praktiki konfrans keçrilib


1 dekabr  2023- cü il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət  Mərkəzində  yazıçı, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin yaradıcılığına həsr olunmuş“  Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər ” adlı elmi-praktiki  konfrans keçrildi.
Öncə mərkəzin foyesində görkəmli yazıçı Əzizə Cəfərzadənin və şair-qəzəlxan, xanəndə- bəstəkar Ağakərim Nafizin əsərlərindən ibarət kitab sərgisi nümayiş olundu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.
Əzizə Cəfərzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu. 
Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabirin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə  Xəlilzadə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Mehriban Eyubova, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, ADPU- nun Şamaxı filialının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Milli Elmlər Akademiyasının əməkdaşı, Dünya, Barış, Sülh  Elçisi Təşkilatının sədr müşaviri, Azərbaycan Türk Xalqları Qardaşlığı İçtimai Birliyinin sədri Səkinə Bayramova və Şamaxı Rayon İcra Hakimiyyəti yanında  İçtimai Şuranın sədr müavini Nəzakət  Abdulrazaqova xalqımızın yüzillər boyunca formalaşmış  yüksək milli- mənəvi dəyərlərinin qorunub saxlanmasında zəngin şifahi ədəbi irsimizin yorulmaz tədqiqatçılarından olan Əzizə Cəfərzadənin yaradıcılığının böyük rol oynadığını vurğuladılar. 
Əzizə xanım Cəfərzadənin oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşdü və yazıçının yaradıcılığına həsr olunmuş yeni çapdan çıxmış kitabları haqqında məlumat verdi.
Daha sonra xanəndə- bəstəkar, şair- qəzəlxan Agakərim Nafizin 75 illik yubleyinə həsr edilən “Təzkireyi- Nafiz” adlı  kitabının  təqimatı keçirildi və şair Agakərim Nafiz  nəşr olunmuş qəzəlləri, təxmisləri  ətrafında məruzə ilə çıxış etdi.
Tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqramla başa çatdı.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az