Şamaxıda bağlardan 12 min 472 ton meyvə yığılıb


Şamaxıda hazırda 607,3 hektar meyvə bağı var. Bağların 557,8 hektarı məhsuldardır.

Rayon Statistika İdarəsindən "Şirvan.az" verilən məlumatda bildirilir ki, Şamaxı bağbanları indiyədək bağlardan 12 min 472 ton meyvə yığıblar. Bu da ötən ildəki göstəricidən 163,5 ton çoxdur.
Qeyd edək ki, bağçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Bölgənin orta və şimal dağlıq ərazilərində, o cümlədən Qaleybuğurd, Hacılı, Dədəgünəş, Çuxuryurd, Nağaraxana, Avaxıl və bir sıra digər ərazi dairələrində son illər bağların sahəsi xeyli artıb. Rayonda əsasən alma, armud, qoz, fındıq, gilas meyvələri yetişdirilir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az