booked.net

Sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğu dayanır


Şamaxı RİH başçısı Tahir Məmmədovun vətəndaşlarla mütəmadi olaraq keçirdiyi  səyyar görüşlər sakinlərin mövcud problemlərinin vaxtında öyrənilməsi və həlli baxımından əhəmiyyətli və vacib olduğunu bir daha göstərdi. 
Sakinlər əmindirlər ki, onları narahat edən məsələlərə, səslənən fikirlərə rayon rəhbərliyi həssaslıqla yanaşır və problemlərin həlli istiqamətində əməli işlər görür. 
İcra başçısının vətəndaşlarla səyyar görüşləri avqust ayında da davam edib
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun avqustun 8-də  Qızmeydan kəndində  keçirdiyi görüş sakinlər tərəfindən maraqla və məmnunluqla qarşılanıb.
  
Qəbulda RİHB-nin müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
RİH-nin başçısı Tahir Məmmədov kənd əhalisinə üz tutaraq bildirib ki, səsləndirdiyiniz hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının daha da yaxşılaşdırılmasına xidmət edir və bu istiqamətdə aparılan məqsədyönlü işlər bundan sonra da davam etdiriləcək. 
Görüşdə Qızmeydan kənd camaatının iki ümdə arzusu rayon rəhbərinin diqqətinə çatdırılb. Sakinlər adından çıxış edən Qurbani Qurbanov kənddə tibb məntəqəsinin tikintisinə və Pirbəyli kəndinə gedən avtomobil yolunun təmirinə  ciddi ehtiyac olduğunu bildirib. 
Sakinlərdən iki nəfər isə şəxsi xahişlə müraciət edib. Bahar Mustafayeva fərdi yaşayış evinə verilən təbii qazın təzyiqinin artırılmasına, Xəqani Xanquluyev isə zəlzələdən ziyan dəymiş evinin təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
  


       RİH başçısnın növbəti səyyar qəbulu avqustun 10-da Birinci Çağan kəndində keçirilib. 


Görüş zamanı Prezident İlham Əliyevin regionların, o cümlədən Şamaxının  inkişafına, vətəndaşların maddi-rifah halının daha da yüksəldilməsinə göstərdiyi hərtərəfli qayğıdan söz açan  rayon rəhbəri ölkəmizin tərəqqisi və qüdrətlənməsi  istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərdən geniş bəhs edib. 
Sakinlər dövlətimizin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan minnətdarlıq hissi ilə qeyd ediblər.  
Görüşdə kənd sakinləri qayğılarını da dilə gətiriblər. Şöhrət Cavadov sakinlərin qarşılaşdıqları iki məsələnin həllinə kömək göstərilməsini rayon rəhbərindən xahiş edib.  Vətəndaş bildirib ki, kəndin əsas yolu illərdir təmir edilmədiyindən yarasız vəziyyətə düşüb və bundan camaat çox əziyyət çəkir. Bu yolun təmir olunması sakinlərə böyük rahatlıq gətirər. Digər tərəfdən, kəndin elektrik təsərrüfatının təmir olunması da kənd əhalisinin ən böyük arzusudur.  
Başqa çıxışçılar da hər iki məsələnin rayon rəhbərliyinin diqqətində olacağına və  müsbət həllini tapacağına ümid bəslədiklərini deyiblər.  


Şamaxı RİH-nin başçısı Tahir Məmmədov avqustun 10-da daha bir kənddə- Dədəgünəş kəndində qəbul keçirib. 

Rayon rəhbəri kənd sakinlərini salamlayıb və çıxışının əvvəlində hər bir şamaxılının, o cümlədən bu kəndin sakinlərinin doğma yurdun inkişafına daha böyük töhfə verməsini arzulayıb. Tarixi “İpək yolu” üzərində yerləşən bu bölgənin əhalisinin tarixi abidələrin qorunmasına, təbiətin onlara bəxş etdiyi gözəl flora və faunaya daha həssas münasibət göstərməsinə, Şamaxının, onun kənd və qəsəbələrinin daha da gözəllləşməsi və müasirləşməsinə qayğının daha da artırılmasına ehtiyac olduğunu bildirib.  
RİH-nin başçısı Tahir Məmmədov çıxışında Şamaxının türk dünyasının 2023-cü il üçün turizm paytaxtı seçilməsini də xatırladıb və bunun hər bir azərbaycanlı üçün fəxarət olduğunu deyib. 
Görüşdə çıxış edənlər Türk dünyasının paytaxtı olan bir yurdun sakinləri olmaqdan şərəf duyduqlarını qeyd ediblər. Onlar son illər rayonda aparılan genişmiqyaslı təmir-tikinti işlərindən məmnunluqla danışıblar. Doğma Şamaxının görkəminin ildən-ilə daha da gözəlləşdiyini, zövq oxşadığını qeyd ediblər.    
Səyyar görüşdə kənd sakinlərinin qayğılarından da söz açılıb. Çıxış edənlərdən Məfkurə Soltanova və Gülnar Abıyeva zəlzələdən zərər çəkmiş evlərinin bərpa olunmasına, Soltannisə Tağıyeva isə Birinci Çağan kənd ümumi orta məktəbində çalışdığı ocaqçı vəzifəsinə geri qaytarılmasına köməklik göstərilməsini xahiş ediblər.  


RİH-nin başçısı Tahir Məmmədovun avqustun 17-də Talışnuru kəndində sakinlərlə keçirdiyi qəbul-görüş bu kəndin camaatı üçün də faydalı olub.
 
Sakinlər ürək sözlərini rayon rəhbəri ilə səmimiyyətlə bölüşüblər. Çıxış edənlər yalnız problemlərindən yox, həmçinin rayonda həyata keçirilən geniş tikinti-quruculuq, abadlıq işlərindən qürur hissi ilə söhbət açıblar.
İcra başçısı bildirib ki,  regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli diqqəti və qayğısı sayəsində vətəndaşların bütün problemlər aradan qaldırılacaq və sosial rifahı daha da yüksəldiləcək. Həyata keçirilən bütün tədbirlər insanlarımızın rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Görüşdə sakinləri narahat edən, qayğılandıran məsələlər də dinlənilib. 
Qafar Mirzəyev Talışnuru əhalisinin adından çıxış edərək  kəndə gələn yolun təmir olunmasını, təbii qaz xəttinin çəkilməsini, habelə elektrik təsərrüfatının yenilənməsini xahiş edib. 
Tələt  Məmmədov isə rayon rəhbərinə zəlzələdən ciddi zərər dəymiş evinin yenidən tikilməsinə köməklik göstərilməsi üçün müraciət edib. 


Rayon İcra Hakimiyyəti başçısının avqustun 24-də Ərçiman kəndində keçirdiyi  səyyar qəbul sakinlər tərəfindən razılıqla qarşılanıb.
 
Görüş zamanı sakinlər etdikləri müraciətlərin diqqətlə dinlənildiyini, rayon rəhbərliyinin göstərişi və nəzarəti ilə araşdırıldığını və qanunvericiliyə uyğun icrasının  təmin olunduğunu məmnunluqla qeyd ediblər.    
RİH-nin başçısı Tahir Məmmədov çıxışında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin təməlində hər zaman vətəndaş amili dayandığını vurğulayıb. Bildirib ki, ölkə rəhbəri icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı da bu məsələnin vacibliyini xüsusi qeyd edir, icra başçılarına sakinlərlə görüşmələri, onlarla sıx təmasda olmaları,  vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənib düzgün təhlil aparmaları barədə tapşırıq və tövsiyələrini verir.  Sakinlərlə keçirilən səyyar görüşlərin təməlində də vətəndaş məmnunluğu dayanır. 
Həmin günkü səyyar görüşdə də əsas məqsədin kənddəki mövcud vəziyyəti, sakinlərin qarşılaşdıqları çətinliklər barədə məsələləri onların öz dillərindən öyrənmək olduğu bildirilib. 
Çıxış edən sakinlər- Əlbilal Hidayətov kəndə gələn yolun təmir olunmasına, Ərçimana qaz xəttinin çəkilməsinə, kəndin qışa hazırlığı üçün odun tədarükünə, Sirac Qiyasov kənd tibb məntəqəsinə tibb işçilərinin təyin olunmasına,  Mayıs İslamov kənddə yeni tibb məntəqəsinin tikilməsinə köməklik göstərilməsini xahiş ediblər.  
Aynur Xələfova isə ailənin maddi vəziyyətinin aşağı olduğu üçün maddi yardıma ehtiyacı olduğunu bildirib. 

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

  • 27.09.2023, 12:17 27 Sentyabr – Anım Günü
    16.09.2023, 15:29 SİZİNLƏ FƏXR EDİRİK!
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az