Şamaxıda COVID-19-a qarşı tədbirlər gücləndirilib
Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrası istiqamətində genişmiqyaslı tədbirlər görülür.
Bu məqsədlə Şamaxı şəhərində növbəti dezinfeksiya işləri və reydlər həyata keçirilib, şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya olunub.
Rayonda pandemiyaya qarşı səmərəli və ardıcıl mübarizə məqsədilə yaradılan 84 mobil qrup və onların üzərində nəzarət qrupları tərəfindən ticarət və ictimai-iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılır, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin vacibliyi, habelə gigiyenik qaydalara düzgün riayət olunmasının zəruri olduğu barədə məsləhətlər verilir. Son 3 gündə 200-dən çox obyektdə keçirilən reydlər zamanı 29 şəxs bərəsində müvafiq aktlar tətbiq olunaraq, onlar 2900 manat məbləğındə cərimə olunublar.
Rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.