Şamaxıda birinci Dövlət Proqramının qəbulundan bəri 20969 yeni iş yeri açılıb


Şamaxıda ötən il 1842 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən “Şirvan.az” bildirilib ki, yola saldığımız 2019-cu ildə yeni açılan iş yerlərinin 1403-ü daimidir. Daimi iş yerlərinin 35-i yeni idarə və müəssisələr, 5-i mövcud müəssisə və təşkilatlar, 1363-ü isə fiziki şəxslər tərəfindən yaradılıb. Digər tədbirlər üzrə açılan iş yerlərinin (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq işləri və sair) sayı isə 439 olub.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulundan bəri rayonda 20 min 969 yeni iş yeri açılıb ki, bunun da 17859-u daimidir.
Qeyd edək ki, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az