Gənc liderlər üçün növbəti təlim Şamaxı rayonunda təşkil olunub


Azərbaycan Respublikası Gənclər Fondunun və “ASAN xidmət”in birgə həyata keçirdiyi “GəncLİK” proqramının (Gənc Liderlərin İnkişaf Konsepsiyası) iştirakçıları üçün növbəti təlim Şamaxıda təşkil olunub.
Proqramın iştirakçıları ilə görüşən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayıb. O, Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini söyləyib. Tahir Məmmədov dövlətin regionlara qayğısı, yerli əhalinin problemlərinin həllində yeni metodların axtarışı, gənclərin təhsilə və elmə həvəsləndirilməsi haqqında fikirlərini də gənclərlə bölüşüb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edən gənclər astronomik muzey və teleskoplarla yaxından tanış olub, rəsədxananın fəaliyyəti və göy cisimləri haqqında ətraflı məlumatlandırılıblar.
Sonra gənc liderlər Meysəri kəndindəki “Şirvan Şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Gənclər müasir texnologiya və avadanlıqla təchiz olunmuş kompleksdə istehsal prosesini izləyiblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az