"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
İsmayılov Dağbəyi Mirzəxan oğlu
Müşahidə Şurasının üzvləri:
Əliyev Vüqar Zifər oğlu
Mehrəliyeva Şəfəq Akif qızı
Mikayılova Sevil Əlirazı qızı
Şıxlinskiy Elçin İsmayıl oğlu.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2024-cü il