Xalq artisti İlham Namiq Kamalın kino və teatr sahəsində göstərdiyi xidmətlər gənc nəslin tərbiyəsində əhəmiyyətli rol olub


25 May 2021-ci il tarixində Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Şöhrət ordenli, Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamalın region gəncləri ilə onlayn görüşü keçirildi.  İlk öncə Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov tədbir iştirakçılarını salamladı. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün vacibliyini qeyd edən Ş.Hüseynov gənclərin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində idarənin  ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını vurğuladı və görüşün mahiyyətindən bəhs edərək gənclərin inkişafında mütaliənin, yazarlarla ünsiyyətin, sənət adamları ilə görüşün önəmli olduğunu  diqqətə çatdırdı. 
Daha sonra çıxış edən Xalq artisti İlham Namiq Kamal düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü. Kino və teatr sahəsində göstərdiyi xidmətlər, çəkildiyi filmlər haqqında məlumat verən Xalq artisti bunların gənc nəslin tərbiyəsində əhəmiyyətli rolu olduğunu bildirdi. Müxtəlif səpkili və fərqli xarakterli obrazlar yaratdığını qeyd edən İlham Namiq Kamal yaradıcılığında hər zaman insanları düşündürməyi qarşısına məqsəd qoyduğunu iştirakçıların diqqətinə çatdırdı. Xalq artisti Gənclər və İdman idarəsinin  elm və sənət adamları ilə gənclərin görüşlərinin təşkil etməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Qeyd edək ki, tədbirdə Şamaxı gəncləri ilə yanaşı digər rayonların da gəncləri fəal iştirak edirdi. Tədbirin təşkil olunmasında idarə  rəhbəriliyinə və iştirakçılarına minnətdarlığını bildirən İlham Namiq Kamal  yaradıcılıq planlarından danışdı.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az