2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon yerli təşviqat qrupunun üzvləri İsaxan Vəliyev, Əli Mahmudov, qazi Elvin Məmmədli Şamaxı rayonu üzrə seçki qərargahı üzvləri Tünzalə Yusifova, Mayıl Alıcanov, çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində dövlətimiz hərtərəfli inkişaf edir və çiçəklənir. Bugün əminliklə deyə bilirik ki, bizim müstəqil, suveren, güclü və beynəlxalq münasibətlər sistemində layiqli yer tutan Azərbaycanımız var.
Natiqlər seçiciləri 7 fevral Prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.