booked.net
Salyan booked.net
+27...+33° C

Şamaxıdan Silahlı Qüvvələrə yardım davam edir


Şamaxıdan Silahlı Qüvvələrə yardım davam edir

2020-11-11
Şanlı Ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəsinə yüzlərlə şamaxılının könüllü qoşulması ilə bərabər 4510 nəfər rayon sakini tərəfindən də Silahlı Qüvvələrimizə yardımlar edilmişdir.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna rayon İcra Hakimiyyətinin strukturu və bələdiyyələr tərəfindən 71 min 157 manat, rayonun təhsil ictimaiyyəti tərəfindən 148 min 160 manat, səhiyyə işçiləri tərəfindən 19 min 675 manat, Şamaxı Astrofizika Rəsətxanasının işçiləri tərəfindən 8 min 300 manat, digər idarə, müəssisə və təşkilatlarda çalışan işçilər tərəfindən 100 min 919 manat, sahibkarlar tərəfindən 19 min 200 manat vəsait köçürülmüş, həmçinin ordumuza dəstək tədbirləri həyata keçirilmişdir.
Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə rayon üzrə 367 min 311 manat vəsait köçürülüb. Bundan əlavə 3 min manatlıq dərman vasitələri, 17 min manatadək ərzaq və qeyri-ərzaq məhsulları, 5 min manatlıq geyim, 100-dən çox yorğan və döşək dəstləri göndərilmişdir.
Şamaxı rayonundan bu gün də Silahlı Qüvvələrə yardım davam edir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: KitabShop.az