booked.net

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi Şamaxıda qeyd olunub


Noyabrın 11-də keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü professor Ədalət Muradov, YAP veteranlar şurasının üzvü Tahir Məmmədov, YAP mərkəzi aparatının məsul əməkdaşı Araz Salmanov, şəhid ailələri, müharibə iştirakçıları və YAP Şamaxı rayon təşkilatının üzvləri iştirak ediblər.
 
Tədbirdən öncə iştirakçılar YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, ümummilli liderimizin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla anılıb.

Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Cəmiyyətimizin bütün təbəqələrini ətrafında sıx birləşdirən ümumxalq partiyası- Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini özündə əks etdirən videoçarx nümayiş olunub. 

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi siyasi və ideoloji yoldan danışıb. Natiq bildirib ki, partiya yarnadığı vaxtdan Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə yeni mərhələnin başlanmasını təmin etdi.  

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasmlı, YAP idarə heyətinin üzvü professor Ədalət Muradov, YAP veteranlar şurasının üzvü Tahir Məmmədov, şəhid atası Rza Nəbiyev və YAP Şamaxı rayon təşkilatının üzvü Könül Məmmədova zamanın tələbi və xalqımızın təkidi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin, şərəfli və məsuliyyətli yol qət etdiyindən söhbət açıblar. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilib

  • 18.11.2022, 14:03 Səyyar qəbullar davam edir
    9.11.2022, 10:18 BAYRAĞIMIZ QÜRURUMUZDUR
    7.11.2022, 14:33 8 Noyabr - Zəfər Günü
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az