“Kapital Bank”ın dəstəyi ilə növbəti “Yaşa” mərkəzi açılıb


“Kapital Bank”ın dəstəyi ilə növbəti “Yaşa” mərkəzi açılıb

2021-02-06
“Kapital Bank”ın dəstəyi və Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyi ilə birgə Sosial Layihələr müsabiqəsi çərçivəsində “Yaşa” mərkəzinin Şamaxı rayon şöbəsinin açılışı olub. Şamaxı şəhəri, Azadlıq küçəsi 1 ünvanında fəaliyyətə başlayan mərkəz “Üçüncü Bahar” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılıb.
Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, “Kapital Bank”ın, Regional İnkişaf İctimai Birliyinin, Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Yaşa” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar var, həmçinin fərdi kitabxana fəaliyyət göstərir.
Qeyd edək ki, “Yaşa” mərkəzinin Bakıda da ofisi (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən çox fəal üzvü var və tədbirlərdə hər layihə üzrə 70-80 nəfər iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya “www.teqaudchu.az” saytına müraciət etmək olar.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az