Prezidenti İlham Əliyev: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur”


Prezidenti İlham Əliyev: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur”
2020-09-28
27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi.
Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq. Ermənistan iqtidarı çirkin üsullara müraciət edir. 27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.
Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. Orduya könüllü kimi yazılanların sayı dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.
27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib. 27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.
27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az