Prezident İlham Əliyev: “Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib”


Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə bir  daha təbrik edən Prezident İlham Əliyev Rusiya dövlət səfərinə toxunub və qeyd edib ki, bu səfər Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir  daha təsdiq etdi: “Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”.
Prezident İlham Əliyev Emoməli Şərifoviç Rəhmona  Tacikistan  Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”-deyə dövlətimizin başçısı bildirib.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qurumda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın Azərbaycan xalqı üçün adi bir yaşayış məntəqəsi deyil, eyni zamanda Laçın bizim üçün həm də rəmzi məna daşıyır. Düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdur. 1992-ci ilin mayında Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi ilə düşmən üz istəyinə çatdı. Laçının və Kəlbəcərin itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu. 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Laçın şəhəri respublikamıza döyüşsüz qaytarıldı.Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmağla bizə sonsuz qürur hissi yaşatdı.

“GƏNCƏ ŞƏHƏRİ İDMAN PAYTAXTINA ÇEVRİLƏCƏK. YARIŞLAR, HƏMÇİNİN AZƏRBAYCANIN 10-DAN ÇOX ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK”
Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk Oyunların Bakıda keçirilməsi böyük nailiyyət oldu. “Bakı-2015” ilk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda kemirilməsinin əhəmiyyəti danılmazdır. Belə oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda dünyanın idman ictimaiyyətinin diqqətini çəkən ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur.  Prezident İlham Əliyev  çıxışında növbəti il Azərbaycanda II MDB Oyunlarının keçiriləcəyini  qeyd edərək bildirib ki, Gəncə şəhəri Gəncə şəhəri idman paytaxtına çevriləcək-yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Dövlətimizin başçısı  Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik edərək bildirib   ki,   Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq.
Dövlətimizin başçısı bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladıb və bəyan edib ki,  biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

“9 MAY ÜMUMİ QƏLƏBƏMİZ MDB-YƏ ÜZV DÖVLƏTLƏRİN GƏLƏCƏK ƏMƏKDAŞLIĞININ MÜHÜM AMİLİDİR.
Görüşdə MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul ediləcəyinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. “Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.
Dövlətimiz başçısı  Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüş yolundan bəhs edib. Bu diviziyanın döyüşçüləri 1941-ci ilin martında and içiblər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancıblar. Respublikamızın ümumi Qələbənin əldə olunmasında oynadığı mühüm rola diqqət çəkib.
“Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”,- deyə  dövlətimizin başçısı vurğulayıb.


Prezident İlham Əliyev  Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib
“NANKORLUQ ABŞ-IN AZƏRBAYCANA QARŞI SANKSIYALARI KONTEKSTİNDƏ ONUNLA BAĞLI İSTİFADƏ OLUNACAQ ƏN SƏRT SÖZ DEYİL”
Prezident İlham Əliyev  Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində ABŞ-ın Azərbaycana qarşı sanksiyalar siyasətini sərt tənqid edib. Dövlətimizin başçısı 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla Azərbaycana  qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdıraraq deyib: “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Prezident İlham Əliyev daha sonra bildirib ki, sanksiya siyasətinin, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.Dövlətimizin başçısı vurğulayıb: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az