Şamaxı rayonunda Polis Günü qeyd edilib


Şamaxıda Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. 
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi yad edilib.
Rayon Polis şöbəsində təşkil olunmuş tədbirdə çıxış edən Şamaxı Rayon icra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov, rayon məhkəməsinin sədri Fərid Yaqubov, rayon prokuroru Müşviq Səfərov və Dövlət Təhlükəsizlik  Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Anar Əmirov Azərbaycan polisinin şərəfli yol keçdiyini, polis orqanlarının ölkəmizdə təhlükəsizliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını bildirərək polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdiblər.
Tədbirdə icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayışın qorunmasında xidmətlərinə görə rayon polis şöbəsinin bir sıra əməkdaşlarına "Fəxri Fərman" və “Təşəkkürnamə”lər təqdim olunub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az