Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Keçməddin və Qaladərəsi kəndlərinin sakinləri ilə keçirilib


Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Keçməddin kəndində keçirilib. Görüşdə Keçməddin və Qaladərəsi kəndlərinin sakinləri iştirak ediblər.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon prokuroru Müşfiq Səfərov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kəndlərin sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Qaladərəsi və Keçmədin kəndlərinin sakinləri tərəfindən əsasən kəndlərə gedən yolun, eləcə də kənddaxili yolların bərpası və elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətləri dinlənilib. Qeyd olunan məsələlər nəzarətə götürülüb. Həmçinin görüşdə sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az