25 noyabr 2023-cü il tarixində Ikinci Üzüm və Şərabçılıq Festivalı çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının birgə təşkilatçılığı ilə “İrsi izlər” adlı rəsm sərgisinin açılışı olub. Şamaxı Yaradıcılıq Mərkəzində təşkil olunan və 28 gənc rəssamın əsərlərinin yer aldığı sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Nürtən Əkbərli və sərginin ideya müəllifi və kuratoru Turan Muxtarzadə qeyd ediblər ki, artıq rayonumuzda ənənəyə çevrilən sənətsevərlərlə bu cür görüşlərin və sərgilərin təşkil olunması onların estetik zövqünə müsbət təsir göstərir və yerli yaradıcı insanlarla əlaqə və əməkdaşlıq yaradılmasına şərait yaradır.
Sərgi 2 gün davam edib və Şamaxı sakinləri, eləcə də şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.