Şamaxı rayonunda üzüm yığımına başlanılıb


Şamaxı üzümçüləri məhsul yığımına start veriblər və hazırda rayonun Şəhriyar qəsəbə, Çarhan, Mədrəsə, Məlcək və Həmyə ərazi dairələrində məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərilir.
Məlumat üçün bildiririk ki, ilkin olaraq daha tez yetişən “Prima” və “Kardinat” süfrə sortlu üzüm yığılır. Məhsul yığımına hələlik 50 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hər gün 3-4 ton üzüm yığılır və birbaşa yerli bazarlara çıxarılır.
Qeyd edək ki, üzümçülük Şamaxı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Artıq plantasiyaların sahəsi 1933 hektara çatdırılıb ki, bunun da 1731 hektarı məhsuldardır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az