Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların həqiqətən də artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha təsdiq etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında birmənalı olaraq qeyd etdi ki, Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaqdır. Bununla da dövlətimizin başçısı Ermənistandakı bəzi revanşist əhval-ruhiyəli qüvvələrə növbəti dəfə xəbərdarlıq mesajlarını aşkar şəkildə çatdırdı.
Beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın öz ərazilərini işğaldan hərbi yolla azad etməyə məhz məcbur edildiyinə dair aşkar sübutlar təqdim edilib. Konfrans iştirakçıları işğaldan azad edilmiş ərazilərə ezam olunaraq, ermənilərin orada törətdikləri bütün vəhşilikləri, eyni zamanda da ərazilərin həmişəlik işğalda saxlanmasına hesablanmış hərbi-mühəndis qurğularını öz gözləri ilə görmüşlər. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi bu konfransın əhəmiyyəti çox böyükdür. İlk növbədə, konfrans iştirakçıları Ermənistan ordusu tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə görmüşlər və artıq heç kim bu həqiqəti dana bilməz. Bu insanlar işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı Ermənistanın orada yaratdığı nəhəng istehkamları, müdafiə xətlərini də görmüşlər.
Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi.
Azərbaycan xalqı öz Qələbəsini dövlətimizin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzunun xüsusilə son illər artması nəticəsində əldə etmişdir. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsini hər zaman prioritet edib və bütün bu illər ərzində dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında dövlətimizin başçısı bu məsələni daima önə çəkib. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və misgin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Lakin möhtərəm Prezidentimizin də dediyi kimi, inkişafın əsası sabitlikdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Təbii ki, Azərbaycan riskləri minimallaşdırmaq üçün müvafiq addımlar atacaq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər və bu əsasla regionda yaratdığı yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və əməkdaşlıq formatları regional stabilliyə misilsiz töhfədir.
Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi və beynəlxalq hüququn tərəfdarı olduğu da konfrans iştirakçıları tərəfindən birmənalı qəbul edilib: “Konfrans iştirakçıları da öz çıxışlarında qeyd etdilər ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. Həmçinin İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın həqiqətən tolerant və multikultural bir ölkə olmasıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək tək düşmənə qarşı vuruşublar. Azərbaycan həmişə konstruktiv mövqedə olub, danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub, çünki biz münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Lakin bu gün biz artıq bu çəkdiklərimizin hesabını tələb etmək iqtidarındayıq və bunu edirik. Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamaları tələb edir və biz bu cavabı alacağıq. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur.”
Prezident İlham Əliyevin tarixi həqiqətlərin təhrif olunmasının yolverilməzliyinə dair konfransda səsləndirdiyi fikirlər Ermənistanın bəzi revanşisr əhval-ruhiyəli dairələrinə ünvanlanmış sərt xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır: “Möhtərəm dövlət başçımızın öz çıxışında toxunduğu tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Bu gün münaqişədən sonrakı mərhələ barədə danışıqlarda iştirak edəcək bütün tərəflər başa düşməlidirlər ki, məhz bizim ərazilərimiz 30 il işğal altında qalıb. Cənab Prezidentimizin də dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Xüsusilə gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Və əgər Ermənistanda kimlərsə yenə də revanşist şüarlar səsləndirməyə qalxarlarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç nə gətirməz.”
Biz haqq işi, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüz uğrunda mübarizə aparmışıq. Dövlətimizin başçısının düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə, Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Ancaq müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.