Sözün işığı


İkinci Nəsimi festivalı çərçivəsində nəsimisevərlər sentyabrın 29-da yenidən ölməz şairin şeirlərinin işığına yığışıblar. Şamaxının Meysəri kəndi ərazisində Mədəniyyət Nazirliyinin "Söz" layihəsi
iştirakçılarının dahi mütəfəkkirin yaradıcılığından ilhamlanan şeir axşamı keçirilir.
Dahi söz ustadı İmadəddin Nəsiminin fəlsəfi baxışlarını əks etdirən, “Simadan-asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm...” devizi ilə keçirilən şeir gecəsində müxtəlif yaşda olan nəsimisevərlərin şeirləri dinlənilir. Poeziya həvəskarlarının ilham və vurğunluqla səsləndirdikləri şeirlər ölməz sənətkarın əbədiyaşarlığının təcəssümü olaraq, dinləyicilər tərəfindən böyük maraqla, alqışlarla qarşılanır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az